Tailandın Praçuab Kiri Xan əyalətində kiçikmühərrikli təyyarə dənizə düşüb.
Xarici KİV-in yaydığı məlumata görə, hadisə nəticəsində 6 polis əməkdaşı həlak olub.
Tailand polisinin verdiyi açıqlamaya görə, təyyarə paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb. Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı “DHC-6-400 Twin Otter” təyyarəsi Huahin hava limanı yaxınlığında dənizə düşüb.
Faktla bağlı araşdırma aparılır.