Aysunu toydan qovmaq istəyiblər - VİDEO

Aysunu toydan qovmaq istəyiblər - VİDEO
24 Apr 2025 20:25

Müğənni Aysun İsmayılovanı bir həmkarı toy məclisindən qovmaq istəyib.

News365.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişində danışıb.

O bildirib ki, Aysunu qovmaq istəyən şəxs illərdir sənətdədir:

“O gün Aysun məclisə gedib, illərlə sənətdə olan adam deyib ki, səni təqdim etmək istəmirəm. Özü də elə et ki, səni bu toydan qovmayım. Həmin adamı çox istəyirəm. Ailənə, özünə hörmətim var. Amma Aysunun prodüseri mən olsaydım, kimin hünəri olardı o sözü deməyə? Yaxşı deyil. Aysun mənə zəng etmişdi, o qədər küsüb ki... Demirəm, böyük sənəti var, amma estrada müğənnisidir, oxuyub sevilir də. Atasız uşaq saxlayır, böyüdür. Niyə belə edirik?”.



Sizin reklam burada
Sizin reklam burada