“Qadın kimi xoşbəxt ola bilmədim" - Məleykə Əsədova - VİDEO

“Qadın kimi xoşbəxt ola bilmədim" - Məleykə Əsədova - VİDEO
24 Apr 2025 20:59

 Məleykə Əsədova şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. O bildirib ki, qadın kimi həyatda xoşbəxt ola bilməsə də, ana kimi özünü xoşbəxt sayır:


“Mən həyatımın bir hissəsində — qadın kimi xoşbəxt ola bilmədim. Amma şükürlər olsun ki, ana kimi xoşbəxtəm. Aktrisa üçün xoşbəxtlik anlarla olur. O anlar da mənə qismət olub, şükür Allaha.


Hamı sevmək və sevilmək istəyir. Bu gözəl bir hissdir, doğru deyilmi? Hər şey olduğu qədər olur. Hər bir qadın istəyir ki, qadın olsun, sevilmək, qayğı görmək istəsin. Xüsusilə də bir az oxumuş, dünya görüşü olan xanım daha çox diqqət və qayğıya ehtiyac duyur.


Amma indi mənim üçün ən vacib olan qızımın xoşbəxtliyidir. Qızım xoşbəxt olsun, bu mənə bəs edir. Qadın kimi xoşbəxt ola bilmədim, amma inşallah Allahın izni ilə övladım xoşbəxt olar.”




Sizin reklam burada
Sizin reklam burada