Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində bir hərbi qulluqçu həlak olub.
Bu barədə "BAZA" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, həlak olan şəxs Rusiya Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalikdir. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
Hadisə generalın park edilmiş "Volkswagen Golf" markalı avtomobilin yanından keçdiyi anda baş verib. Maşına quraşdırılmış bomba partlayaraq, onu bir neçə metr məsafəyə atıb.
Qeyd edək ki, general Moskalik 2021-ci ildə Əsas Əməliyyat İdarəsi rəisinin müavini təyin olunmuşdu.