Hindistan-Pakistan hərbi toqquşması böyüyür

Hindistan-Pakistan hərbi toqquşması böyüyür
25 Apr 2025 09:25

Cammu və Kəşmirdəki nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında atışma olub.

Bu barədə Hindistanın PTI agentliyi mənbəyə istinadən bildirib.

“Nəzarət xəttinin bəzi yerlərində Pakistanın təşəbbüsü ilə atıcı silahlardan atəş açılıb. Atəşlərə effektiv cavab verilib”, – ordudakı mənbə deyib.

Tələfat barədə məlumat daxil olmayıb.

Agentliyin məlumatına görə, Pakistan ordusunun atəşə tutması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı iki tərəf arasında gərginliyin artması fonunda baş verib.

Terror aktından sonra bölgədə də antiterror əməliyyatları aparılır. Hindistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, ötən gecə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub.


Sizin reklam burada
Sizin reklam burada