Bu ölkə Kiyevə 1,4 milyard dollar ayırdı

Bu ölkə Kiyevə 1,4 milyard dollar ayırdı
13:25

Ukrayna son iki həftə ərzində Norveçdən 1,4 milyard dollar alıb.

 Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkədə yazıb.

"Son iki həftə ərzində artilleriya sursatı və hərbçilərin hazırlığı üçün 1,4 milyard dollar ayrılıb", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Ukraynanın səhiyyə sisteminin gücləndirilməsi və bərpa işləri üçün əlavə iki maliyyə yardımı paketi də ayrılıb.

D.Şmıqal həmçinin norveçli həmkarı ilə birgə silah istehsalını da müzakirə etdiyini deyib.

Aprelin 4-də Norveç hökuməti 2025-ci ildə Ukraynaya maliyyə yardımını təxminən 5 milyard dollar artıraraq 8,1 milyard dollara çatdırmağı planlaşdırdığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada