Dağda bitir, kilosu 400 manatdır – FOTO

Dağda bitir, kilosu 400 manatdır – FOTO
15:25

Türkiyənin Batman vilayətinin Sason rayonunda dağlardan toplanan təbii "zuzubak" otuna olan tələbat bu il rekord səviyyəyə çatıb. Yüksək dağ və qayalıqlarda bitən, həm ədviyyat, həm də dərman bitkisi kimi istifadə olunan bu nadir otun kiloqramı 10 min lirəyə (444 manat) qədər satılır.

Zuzubak otu əsasən rayonun Kobet yaylasında və Mereto ilə Zoveser dağlarının sərt yamaclarında yetişir.
 

Yaz fəslində çiçəklənən bu bitki kəndlilər üçün mühüm gəlir mənbəyidir. Ancaq bölgədə otun miqdarı azaldığı üçün bu il qiymətində ciddi artım müşahidə olunub.


Məhərrəm Alqan adlı kənd sakini otun toplanmasının olduqca çətin olduğunu qeyd edir:

"Səhər saat 4-dən dağlara yollanırıq, bəzən axşam saat 5-ə qədər piyada yollarda oluruq. Bitki çox yüksək qayalıqlarda yetişir. Onu topladıqdan sonra taxta hunidə daş duzla birlikdə döyərək toz halına gətiririk. Hazır olduqdan sonra kilosunu 8500-10 min lirəyə satırıq" . (milli.az)



Sizin reklam burada
Sizin reklam burada