AMB bu investisiya şirkətinə xəbərdarlıq etdi

AMB bu investisiya şirkətinə xəbərdarlıq etdi
18:30

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.


News365.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.


Məlumata görə, qurum tərəfindən aparılmış tematik yoxlama çərçivəsində “CFI Financial İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilib.


Pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün şirkətə icrası məcburi göstəriş verilib.


Sizin reklam burada
Sizin reklam burada