Bu ünvanlarda yeni tibb kollecləri açılacaq

Bu ünvanlarda yeni tibb kollecləri açılacaq
14:26

Yaxın vaxtlarda digər bölgələrdə tibb sahəsi üzrə kolleclərin açılması üçün təhlillər aparılacaq. 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

O bildirib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib. T.Əhmədova qeyd edib ki, nazirin tapşırığı ilə bu yaxınlarda tibb kolleclərin digər bölgələrdə açılması üçün təhlil və monitorinqlər aparılacaq, bundan sonra harada ehtiyac varsa, mümkün olsa kolleclər açıla bilər.

O eyni zamanda xatırladıb ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində 10 tibb kolleci var: “Onlardan ikisi Bakıdadır”.


Sizin reklam burada
Sizin reklam burada