ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
16:59

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutmuş görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

ATƏT nümayəndə heyətinə Azərbaycanın təşəbbüskarı olduğu “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi çərçivəsində ölkəmizin nəqliyyat-logistika potensialı haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar çərçivəsində Bakı Limanının ADY-yə birləşdirilməsi ölkəmizin tranzit imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq dəhlizlərlə yükdaşımaların daha səmərəli təşkilinə töhfə verəcək.

Tərəflər birgə həyata keçirilən layihələrin və təşəbbüslərin Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edərək ümumilikdə regionun dayanıqlı inkişafına təkan verəcəyini bildiriblər.


Sizin reklam burada
Sizin reklam burada