Aynişan polisə getdi: “Artıq anamdan belə...” - XƏBƏRDARLIQ

Aynişan polisə getdi: “Artıq anamdan belə...” - XƏBƏRDARLIQ
19 Apr 2025 13:13

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın adından dələduzluq edilib. 

News365.az xəbər verir ki, Aynişan bu haqda sosial media hesabında yazıb.

O bildirib ki, bir şəxs onun adından yaxınlarından pul istəyib:

"Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var. Bu adam mən deyiləm. Zəhmət olmasa, belə bir mesaj alsanız, inanmayın, pul göndərməyin, mütləq mənimlə birbaşa əlaqə saxlayın.

Bu insan kimdirsə bizi çox yaxşı tanıyır. Anamın yanında olmadığım anı dəqiq bilir. Ən önəmlisi anamın bir sözümə inanaraq istənilən məbləği göndərəcəyini də bilir.  

Hazırda polis bölməsindən yeni çıxmışıq. Rəsmi ərizə ilə müraciət etmişik və həmin şəxs artıq axtarışa verilib.

Səni mütləq tapacağıq. Və artıq burda məsələ pul deyil!"




Sizin reklam burada
Sizin reklam burada