Cəmi iki il öncə bu parkın yenidənqurulmasından sonra təntənəli açılışı oldu. Hələ o zaman bəzi mütəxəssislər parkın yenidənqurulmasının başdansovdu aparıldığını deyirdi.
Və zaman keçdikcə bu fikir öz təsdiqini tapdı. Milyonlarla vəsait hesabına yenidənqurulan parkda dağıntılar başlayıb. Cəmi iki il əvvəl təmir edilən parkın bir çox hissəsi artıq pis günə düşüb.
Bununla bağlı fikirlərini News365.az–a bildirən mümar Cahid Həsənov deyir ki, parkın təmiri iki ildən artıq çəkdi:
“Amma bu günkü nəticə urək ağrıdır. Döşənmiş plitələr dağılıb, yaşıllıqlar quruyub. Çox qəribədir ki, yaşıllıqlar dədə-baba qaydasıyla, əllə suvarılır. Halbuki belə parklarda çiləmə suvarma sistemi quraşdırmalıdır. Təkcə bu faktın özü göstərir ki, parkın yendənqurulmasına laqeyid yanaşılıb. Məhz bu səbəbdən də qısa zamanda parkda çokmələr, qopmalar, dağıntılar başlayıb. Halbuki, parkı daha füsunkar və uzunömürlü etmək olardı. Bununla bağlı ilk növbədə landşaft memarları ilə məsləhətləşmələr aparılmalıydı. Eyni zamanda digər memarların da fikirləri öyrənilməliydi. Şox təəssüf ki, belə olmadı və başdansovdu təmir işləri aparıldı. Nəticə isə göz qabağındadır”.
Maraqlıdır ki, parkın bəzi hissələrində yenidənqurma işlərinə başlanıb. Bu da təəccüb və təəssüf doğurur. İki il əvvəl milyonlar hesabına inşa edilmiş park niyə yenidən qurulsun?
Bu sualın ən yaxşı cavabını Nərimanov rayon İcra Hakimiyyəti bilir.
News365.az






