Suriyanın yeni bayrağı BMT-də qaldırıldı

Suriyanın yeni bayrağı BMT-də qaldırıldı
25 Apr 2025 19:45

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Suriya yeni bayrağının qaldırılması mərasimi keçirilib.


News365.az xəbər verir ki, tədbirdə Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şeybani iştirak edib.


Mərasimə BMT-nin əməkdaşları, diplomatlar və media nümayəndələri də iştirak qatılıblar.


Yeni bayraq Suriya müxalifətinin 2011-ci ildən bəri istifadə etdiyi yaşıl, ağ və qara rəngli üç qırmızı ulduzlu bayraqla müqayisədə fərqli bir dizayna sahibdir. Suriya hökumətinin tərəfdarları mərasim zamanı BMT-nin qərargahının qarşısında toplaşıblar.


Mərasimdən sonra Əsəd əş-Şibani ölkəsindəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada