Vitaminlər uşaqların sağlamlığının vacib komponentidir. Bununla belə, hər şey orta səviyyədə aparılmalıdır. Çünki vitaminlərdən çox istifadə onun çatışmazlığı qədər təhlükəli ola bilir. "SM-Klinika dla detey"in mütəxəssisi, pediatr Viktoriya Kostritskaya Gazeta.Ru-ya hipervitaminoz adlanan fəsadların nə olması, onun özünü necə göstərməsi və uşağın sağlamlığına hansı ziyanı vura biləcəyi barədə danışıb.
"Hipervitaminoz orqanizmdə həddindən artıq miqdarda bir və ya bir neçə vitamin yığılması halıdır. Avitaminozdan (vitamin çatışmazlığı) fərqli olaraq, hipervitaminoz daha az rast gəlinir, lakin o,daha az təhlükəli ola bilməz", - pediatr bildirib.
O, uşaqlarda ən çox hipervitaminoza səbəb olan bir sıra vitaminləri sadalayıb. Xüsusilə, bu A vitaminidir. Çox istifadə edəndə bu fəsdalara səbəb olur: baş ağrısı, quru dəri, selikli qişalarla bağlı qıcıqlanma, sümük ağrısı, yuxu pozğunluqları.
Uşaqlarda D vitamininin həddindən artıq dozada istifadəsi isə aşağıdakı nəticələrə səbəb ola bilər: ürəkbulanma, qusma, iştahsızlıq, artan susuzluq və tez-tez idrar, toxumalarda və orqanlarda (məsələn, böyrəklərdə) kalsium problemləri.
Yüksək dozada C vitamininin qəbulu zamanı aşağıdakı problemlərin yaranmasılar mümkündür: mədə-bağırsaq pozğunluqları (ishal, qarın ağrısı), səpgilər, böyrək daşı riskinin artması.
Həddindən artıq K vitamini qəbulunun fəsadları: qanın laxtalanmasını artırır, qan damarlarında tromb riski yaradır, təhlükəli vəziyyətlərə səbəb olan qan laxtalanma riskini də artırır.
Uşaqların B vitaminlərini həddindən artıq atması aşağıdakı formalarda özünü göstərir: ürəkbulanma, qusma, baş ağrısı, dəri qabıqlanması, qaraciyər və böyrək funksiyasının pozulması, artan nəbz və qan təzyiqi, qollarda və ayaqlarda uyuşma.
Eyni zamanda, həkim uşaqlarda hipervitaminoz riskinin böyüklərə nisbətən daha yüksək olduğunu qeyd edib. Birincisi, bu az bədən kütləsi səbəbindən, hətta kiçik bir dozanın artıqlığı təhlükəli ola bilər. İkincisi, uşağın metabolizmi və immunitet sistemi hələ indi-indi inkişaf edir və vitaminlərin həddindən artıq qəbulu onları poza bilər. Üçüncüsü isə, valideynlər çox vaxt həkim resepti olmadan vitamin əlavələri verirlər.
Tural