Paşinyanla II Rafael arasında görüş oldu

Paşinyanla II Rafael arasında görüş oldu
10:02

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vatikana işgüzar səfəri çərçivəsində Kilikiya erməni katolikosluğunun katolikos-patriarxı II Rafael Petros (XXI) Minasyanla görüşüb.

News365.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.

Belə ki, məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, Azərbaycanla sülh prosesi və regional məsələlər müzakirə olunub.

Tərəflər həmçinin xristian dəyərlərinin qorunması və sosial mövzularla bağlı fikir mübadiləsi aparıblar. Katolikos-patriarx Paşinyana müqəddəs İqnatius Maloyanın yadigarını və dini mərasimlərdə istifadə edilən kilsə libasını hədiyyə edib.


Sizin reklam burada
Sizin reklam burada