"Ukraynanın Rusiyaya heç nə vermək fikri yoxdur".
News365.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
"ABŞ, Avropa, G20 və G7-dən qətiyyətli addımlar lazımdır", - deyə Zelenski Kiyevin öz mövqeyində tərəfdaşlarının dəstəyinə arxalandığını vurğulayıb.
Ukrayna dövlət başçısı yenidən Rusiya Prezidenti Vladimir Putini münaqişəni uzatmaqda ittiham edib və sülhü "güc yolu ilə" əldə etməyə çağırıb.