Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var
20:40

Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.

News365.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir işçi ölüb, çox sayda xəsarət alan var.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Uçqunun səbəbləri və yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.



Sizin reklam burada
Sizin reklam burada