Vurulan gəmi Mənsimovundur – YENİLƏNİB

Vurulan gəmi Mənsimovundur – YENİLƏNİB
17:44

Bu gün Rusiya tərəfdən hücuma məruz qalan Türkiyəyə məxsus “Royad Məmmədov” gəmisinin “Palmali” şirkətinə məxsus olduğu bildirilir.

News365.az xəbər verir ki, şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.

Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2020-ci il noyabrın 8-də şəhid olub.

***

15:25

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəmidə yanğın baş verib.

News365.az-ın xəbərinə görə, Rumıniya xilasediciləri 11 nəfəri xilas etsə də, iki nəfər həyatını itirib.

    Hadisənin səbəbləri ilə bağlı hələlik məlumat yoxdur.

    İddiaya görə, gəmi Türkiyəyə məxsus olub və taxıl yükü daşıyıb.


    Sizin reklam burada
    Sizin reklam burada