“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni kadr təyinatı olub.
Bununla bağlı İdarə Heyətinin sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Piriyev Əməyin təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, 2024-cü ildən Qoruqda çalışır və yeni təyinatadək mühəndis və baş məsləhətçi vəzifələrində fəaliyyət göstərib./İqtisadiyyat.az/