Keçmiş arvadını uşaq bağçasında bıçaqladı

Keçmiş arvadını uşaq bağçasında bıçaqladı
09:38

Mingəçevirdə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

News365.az xəbər verir ki, hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.

Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Aygün Həşim qızı Həşimova boşandığı əri tərəfindən bıçaqlanıb.

Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.\\\ Teleqraf


Sizin reklam burada
Sizin reklam burada