Nobel mükafatı alan alimlərin araşdırması beyindəki hüceyrələri işıqla idarə etməyə imkan verir.
News365.az xəbər verir ki, 2026-cı il üzrə Nobel Tibb Mükafatına Karl Deisseroth, Peter Hegemann və Georg Nagel layiq görülüb.
Alimlər mükafata beyindəki sinir hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə idarə etməyə imkan verən optogenetika sahəsindəki araşdırmalarına görə layiq görülüblər. Bu texnologiya tədqiqatçılara ayrı-ayrı neyronları yüksək dəqiqliklə aktivləşdirmək və ya söndürmək imkanı verir.
Optogenetikanın əsasını yaşıl yosunlarda işığa həssas zülalların aşkar edilməsi təşkil edir. Daha sonra bu mexanizm sinir hüceyrələrində tətbiq olunub və alimlər beynin müxtəlif hissələrinin fəaliyyətini daha dəqiq araşdırmağa başlayıblar.
Bu metod hazırda dünyanın müxtəlif laboratoriyalarında beyin fəaliyyətinin öyrənilməsi üçün istifadə olunur. Tədqiqatçıların fikrincə, əldə olunan nəticələr gələcəkdə nevroloji və psixi xəstəliklərin müalicəsi ilə bağlı yeni yanaşmaların hazırlanmasına da kömək edə bilər.