Türkiyədə geylər üçün nəzərdə tutulan barlarda və LGBT icması fəallarının evlərində kütləvi reydlər keçirilib, nəticədə 162 nəfər, 9 təşkilat və 13 şirkət barəsində cinayət işi açılıb.
News365.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek deyib.
Onun sözlərinə görə, “Ailəm təhlükəsizlikdədir” adlı əməliyyatlar İstanbul və Ankara da daxil olmaqla 15 vilayətdə polis və jandarmanın iştirakı ilə keçirilib.
Nazir əməliyyatlar zamanı neçə nəfərin saxlanıldığını dəqiqləşdirməyib.