“Belə bir dünya yoxdur” - Kənan MM-dən xəbərdarlıq

“Belə bir dünya yoxdur” - Kənan MM-dən xəbərdarlıq
15:28

Müğənnilər yeni mahnılarını dinləyicilərə çatdırmaq üçün illərdir kliplərə xeyli pul xərcləyirlər. Ancaq süni intellektin inkişafı ilə artıq bahalı çəkilişlərə getmədən də klip hazırlamaq mümkündür.

Bəs bu gün klip çəkməyə böyük məbləğlər xərcləmək nə dərəcədə sərfəlidir?  Ümumiyyətlə, klip mahnının məşhurlaşmasında nə dərəcədə rol oynayır?

Mövzu ilə bağlı  rejissor Kənan MM bildirib ki, süni intellekt duyğunu heç vaxt ekrana və tamaşaçıya yansıda bilməz: Toyuqlu pizza

“Elə bir dünya yoxdur. Əgər bu, mümkün olsaydı, Hollivud filmləri ancaq süni intellektlə çəkilərdi. Bununla yalnız aksion, partlayış səhnələrini yaxşı alındırmaq olur, amma insani duyğuları ötürə bilmir. Yəni insanın əsəbiləşməyi, ağlamağı, gülməyi və digər emosiaları təbii şəkildə yaratmağı bacarmır. Ağzımızda süni deyirik. Bir sözlə, insan duyğusu ilə vəhdət təşkil etmir”.

Rejissor qeyd edib ki, indiki dövrdə sosial şəbəkələr vasitəsilə məşhurlaşmaq asandır:

“Bu gün bizim dövrdəki kimi kasetlərə ehtiyac yoxdur. Zamanın qaydaları ilə uyğunlaşırlar. Burada pis heç nə yoxdur. Bahalı klip bahalıdır, zəif klip zəifdir. Bu mübahisəli mövzudur. Birmənalı qəbul olunmur. Lakin fakt odur ki, yaxşı iş pul tələb edir. Əgər keyfiyyətdən söhbət gedirsə, maliyyə də önəmlidir. Hollivud ulduzlarının kliplərinə baxsaz, görərsiniz ki, heç birində süni intellektdən istifadə olunmur. Çünki təbiilik daha yaxşıdır”. /// yeni sabah


Sizin reklam burada
Sizin reklam burada