ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya günündə 200-dən çox sərəncam imzalayacaq. Bu barədə məlumatlı “Fox News” mənbələrinə istinadən yayıb.
"Konkret olaraq Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək, hərbçilərə ölkənin cənubunda asayişi qorumaq üçün Daxili Təhlükəsizlik Departamenti ilə işləməyi əmr edəcək və sərhədin bütün qeyri-qanuni mühacirlər üçün bağlandığını açıqlayacaq",- nəşr yazıb.
Yeni dövlət başçısı həmçinin proseslərə ABŞ-nin milli təhlükəsizliyini qorumaq üçün Federal Təhlükəsizlik Bürosu(FTB), İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və digər qurumları cəlb etməklə ölkəni cinayətkar kartellərdən tamamilə təmizləmək məqsədi ilə işçi qruplar yaradacaq. Tramp narkotik kartellərini xarici terror təşkilatları elan etmək niyyətindədir.
Tramp həmçinin enerji ilə bağlı sərəncamlar verəcək və sələfi Co Baydenin ABŞ-ın enerji təchizatını məhdudlaşdırmaq siyasətini ləğv edəcək.
Xatırladaq ki, Tramp ötən ilin noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanıb. Onun yanvarın 20-də keçirilən andiçmədən sonra təkcə xarici siyasət, diplomatiya ilə bağlı deyil, iqtisadiyyat və daxili siyasətlə bağlı da inqilabi dəyişikliklər edəcəyi gözlənilir.
Tural