Şəmkirdə istixanada YANĞIN

Şəmkirdə istixanada YANĞIN
18:56

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News365.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub


Sizin reklam burada
Sizin reklam burada