Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus "F-15" qırıcı təyyarəsi ölkənin cənubundakı Okinava prefekturasında yerləşən Naha hava limanına təcili eniş edib. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
"Xinhua" agentliyinin Yaponiyanın Özünümüdafiə Qüvvələrinə istinadən verdiyi məlumata görə, qırıcı təyyarə uçuş zamanı hidravlik sistemdə yaranan nasazlıq səbəbindən yerli vaxtla saat 18:05 radələrində məcburi eniş etmək məcburiyyətində qalıb. Nəticədə hava limanının iki uçuş-enmə zolağından biri müvəqqəti olaraq bağlayıb.
Məlumata əsasən, həmin zolaq yerli vaxtla saat 19:15-dən etibarən təxminən bir saat bağlı qalıb. Bu müddət ərzində mülki təyyarələrin qalxma və enməsi üçün digər zolaqdan istifadə olunub.
Qeyd edək ki, keçən ay da eyni hava limanında başqa bir "F-15" qırıcı təyyarəsində texniki nasazlıq yaranmış və uçuş zolağında hərəkətsiz qalmışdı.