Tovuzda qadın ərinin məzarı başında öldü

Tovuzda qadın ərinin məzarı başında öldü
02 May 2026 13:48

Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

 Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının ildönümü ilə bağlı məzarını ziyarət etməyə gedib.

Bu zaman qadın qəbiristanlıqda yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Prokurorluğunda araşdırma başlayıb.


Sizin reklam burada
Sizin reklam burada