Vəzifəli şəxsi işdən çıxardı

Vəzifəli şəxsi işdən çıxardı
11:50

Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev vəzifəsindən azad edilib. 

News365.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə 25 illin dövlət qulluqçusu olan Mustafa Nuhbalayev vəzifəsindən azad olunub. 

Mustafa Nuhbalayev ötən il Fərid Qayıbov tərəfindən "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülmüşdü. 

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədovadır. 


Sizin reklam burada
Sizin reklam burada