Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Vidadi Mustafayevin cinayət işinin təfərrüatları məlum olub.
News365.az xəbər verir ki, istintaqın versiyasına görə, o, 3 dələduzluq epizodundan ittiham olunur. Vidadi Mustafayev tanışlarından, o cümlədən azərbaycanlı həmyerlilərindən külli miqdarda pul alıb qaytarmamaqda, həmçinin “Porsche” markalı avtomobili mənimsəməkdə şübhəli bilinir. Vidadi Mustafayevin müdafiə edən vəkillərin fikrincə isə, istintaqın onun təqsirinə dair real sübutları yoxdur.
Yekaterinburqun Lenin rayon məhkəməsi iyunun 9-da Uralda Azərbaycan diasporunun keçmiş rəhbəri Vidadi Mustafayevin cinayət işinin mahiyyəti üzrə baxışına başlamağı planlaşdırsa da, prosessual normaların pozulması səbəbindən buna nail ola bilməyib – təqsirləndirilən şəxsə prosesin başlanması barədə vaxtında bildiriş verilməyib. Buna görə məhkəmə ehtiyat tədbiri məsələsinə baxıb və onun həbs müddətini altı ay uzadıb. Növbəti iclas iyunun 22-nə təyin edilib.
İttihamın yekun variantında Vidadi Mustafayevə üç epizod üzrə dələduzluq (Rusiya Federasiyası CM-in 159-cu maddəsinin 3-cü və 4-cü hissələri) ittihamı irəli sürülüb.
Cinayət işi Sverdlovsk vilayəti üzrə Baş Daxili İşlər İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə üç zərərçəkmişin – əvvəlcə azərbaycanlı Novruz Sədətovun, daha sonra isə Andrey Pankratov və Fərid Boliyevin müraciətindən sonra başlanıb. Onların hər biri Vidadi Mustafayevin onlara külli miqdarda pul borcu olduğu barədə şikayət ediblər.
Belə ki, 2025-ci ildə tərəfdaşlıq münasibətlərində olduğu Novruz Sədətov Vidadi Mustafayevə Gürcüstandan 5 milyon rubla “Porsche” avtomobili almağı təklif edib. O, razılaşıb və bildirib ki, maşının pulunu sonradan ödəyəcək. Novruz Sədətov avtomobili Vidadi Mustafayevin anasının adına rəsmiləşdirib, lakin pulu ala bilməyib. Ödəniş vaxtı çatdıqda təqsirləndirilən şəxs bildirib ki, yüksək utilizasiya rüsumuna görə maşını indi satmağa dəyməz. İddiaya görə, təqsirləndirilən şəxs ya maşını indi baha qiymətə, ya da rüsumdan yayınmaq üçün bir il sonra satmağı təklif edib. Müdafiə tərəfinin iddia etdiyinə görə, Vidadi Mustafayevin özü avtomobili zərərçəkmişə qaytarmağa hazır olub. Bundan sonra Novruz Sədətov Vidadi Mustafayevin ona əlavə olaraq təyyarə biletləri, restoranlar, qəlyanlar və digər xərclərə görə 5 milyon rubl borcu olduğunu göstərən ərizə yazıb. Bundan əlavə, istintaq “Porsche”ni 10 milyon rubl dəyərində qiymətləndirib.
Novruz Sədətovun özü də başda bir cinayət işində ittiham olunur. İstintaqın versiyasına görə, o, “İctimai Nəzarət Komitəsi” ictimai təşkilatından motosiklet götürərək Ukraynada döyüşən Rusiya hərbçilərinə lazım olan əşyaları çatdırmaq üçün götürüb. Lakin Vidadi Mustafayevin müdafiə tərəfinin iddiasına görə, o, motosikleti satıb, pulu isə özündə saxlayıb.
Fərid Boliyevin isə guya fərdi sahibkardan aldığı vəsaitləri, yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşı hesab etdiyi Vidadi Mustafayevə onun rəqiblərini biznesdən uzaqlaşdırması üçün verdiyi bildirilir. Daha sonra, istintaqın versiyasına görə, təqsirləndirilən şəxs pulları öz maraqları üçün istifadə edərək sövdələşmənin şərtlərini yerinə yetirməyib. Nəticədə o, Fərid Boliyevə 700 min rubldan çox borclu qalıb.
Məhkəmənin məlumatına görə, Fərid Boliyev bu yaxınlarda başqa bir cinayət işi üzrə mühakimə olunub. Vidadi Mustafayevin müdafiəsi iddia edir ki, üzləşdirmələr zamanı o, hüquq-mühafizə orqanı əməkdaşlarının onu təqsirləndirilən şəxsə qarşı yalan ifadə verməyə məcbur etdiyini, əvəzində isə ona şərti cəza veriləcəyini etiraf edib.
Vidadi Mustafayev təqsirini boynuna almayıb. Onun vəkilləri hesab edir ki, istintaqın real sübutları yoxdur.
Vidadi Mustafayev 2025-ci il sentyabrın 1-də Uralda Azərbaycan diasporunun rəhbəri olub. O vaxta qədər bu postu, sonradan cinayət işi çərçivəsində saxlanılan Şahin Şıxlınski tuturdu (apreldə Yekaterinburqun Kirov Rayon Məhkəməsi hökmlərin məcmusu üzrə onu 24 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edib). Şıxlinskinin saxlanılmasından dörd ay sonra isə Vidadi Mustafayev də saxlanılıb. Onun həbsindən sonra Azərbaycan diasporunun lideri postuna Rusiya hüqiq-mühafizə orqanlarının eks-əməkdaşı, polkovnik Kərim Qasımov seçilib.