Gəncədə avtomobillər toqquşdu, XƏSARƏT ALANLAR VAR

Gəncədə avtomobillər  toqquşdu, XƏSARƏT ALANLAR VAR
15 İyn 2026 23:40

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdlü Q.Mehdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada