Kiyevdən Moskvaya yeni çağırış: ABŞ-da görüşək

Kiyevdən Moskvaya yeni çağırış: ABŞ-da görüşək
16:40

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində yeni təklif irəli sürüb.

News365.az-ın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə ABŞ ərazisində birbaşa görüş keçirməyə hazır olduğunu bildirib.

Ukrayna liderinin sözlərinə görə, belə bir görüşün təşkil olunması münaqişənin siyasi yollarla həlli üçün əlavə imkanlar yarada bilər. O hesab edir ki, ABŞ-da keçiriləcək görüşdən imtina etmək Moskva üçün asan olmayacaq.

Zelenski qeyd edib ki, əvvəllər də Putinlə üzbəüz danışıqlar aparılması təşəbbüsü irəli sürülüb. Lakin Kreml görüşün yalnız Rusiyada keçirilməsi variantını nəzərdən keçirdiyini bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev bu şərtlə razılaşmır və tərəflər üçün neytral hesab edilə biləcək platformada görüşün keçirilməsini daha məqsədəuyğun sayır.

Onun fikrincə, liderlər səviyyəsində birbaşa təmaslar münaqişənin gələcək inkişafına təsir göstərə və diplomatik prosesə yeni dinamika qazandıra bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada