İldırımın vurduğu qatar gecikdi?- Rəsmi AÇIQLAMA

İldırımın vurduğu qatar gecikdi?- Rəsmi AÇIQLAMA
09:47
Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının ildırım vurması nəticəsində 90 dəqiqə gecikdiyi iddia olunur.

Bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hadisə ilə bağlı sərnişinlərə hər hansı rəsmi açıqlama verilməyib.

E.Abuşova həmçinin vurğulayıb ki, sərnişinlər tərəfindən Azərbaycan Dəmir Yollarında (ADY) əməkdaşların empatiya və kommunikasiya bacarıqları ilə bağlı şikayətlər tez-tez səsləndirilir.

Məsələ ilə bağlı ADY-a sorğu göndərdik.  

Qurumdan News365.az-a bildirildi ki, 14 iyun axşam saatlarında Hacıqabul-Pirsaat sahəsində dartı yarımstansiyasını ildırım vurması nəticəsində elektrik xəttində gərginlik olmadığından Ağstafa-Bakı və Qəbələ-Bakı qatarlarının hərəkətində fasilə yaranıb:
"Operativ olaraq əraziyə teplovozlar göndərilib və qatarların Bakıya çatdırılması təmin edilib. 

Qatarların gecikməsini nəzərə alaraq sərnişinlərin mənzil başına rahat çatdırılması üçün Bakı Dəmiryol Vağzalının yaxınlığından şəhərin 4 müxtəlif istiqamətinə avtobuslar və 2 istiqamətdə qatar reysləri təyin edilib.

Narahatlığa görə sərnişinlərimizdən üzr istəyir, anlayışa görə təşəkkür edirik".

News365.az

Sizin reklam burada
Sizin reklam burada