ABŞ və İran arasında aparılan danışıqlarda əldə olunacaq yekun razılaşma çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün 60 günlük güzəşt müddətinin nəzərdə tutulduğu bildirilir.
News365.az-ın məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti J. D. Vance NBC News-a müsahibəsində danışıb.
Vitse-prezident qeyd edib ki, tərəflər arasında anlaşma memorandumunun imzalanmasından sonra beynəlxalq gəmiçilik üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında keçidlərin iki ay müddətində ödənişsiz həyata keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, Vaşinqton yekun saziş qüvvəyə mindikdən sonra bu strateji su yolunda hərəkətin maneəsiz və sərbəst şəkildə davam edəcəyinə ümid edir. Vens vurğulayıb ki, sözügedən müddəa razılaşmanın mətnində öz əksini tapıb.
News365.az