İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimlərinin keçiriləcəyi tarixlər açıqlanıb.
News365.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb.
Məlumata görə, iyulun 4 və 5-də Tehrandakı Xomeyni adına Mərkəzi Məsciddə vida mərasimləri təşkil olunacaq. Dəfn mərasimi iyulun 6-da Tehranda, iyulun 7-də isə Qum şəhərində keçiriləcək.
Əli Xamenei iyulun 9-da onun doğulduğu şəhər olan Məşhəddə torpağa tapşırılacaq.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin İrana hücumu nəticəsində həlak olub.