Gəncədə bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanan xəstəxananın şöbə rəhbəri vəzifəsindən azad edilib.
News365.az xəbər verir ki, Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji Şöbəsinin müdiri Sevda Əsgərova işdən çıxarılıb.
Qeyd edək ki, bir müddət öncə TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən bu şöbədə də araşdırma aparılıb və çatışmazlıqlar üzə çıxıb.