Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanlarını daşıyan geyim formalarını qanunsuz geyinən şəxslər cərimələnə və həmin geyimlər müsadirə oluna bilər.
News365.az xəbər verir ki, bu barədə qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar nəzərdə tutulub.
Belə ki, hərbi və xüsusi geyim formalarının qanunsuz daşınmasına görə 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir. Bu zaman inzibati xətanın predmeti olan geyim forması da müsadirə olunur.
Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Həmin şəxslərin hərbi geyim formasını qanunla nəzərdə tutulmayan hallarda daşımalarına görə isə 500 manatdan 700 manatadək cərimə tətbiq oluna bilər.