Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Vyetnama səfəri çərçivəsində vyetnamlı müğənninin ifası ilə bağlı "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğəninin ifa etdiyi xalq arasında daha çox "Ey Vətən" kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı "Nəğmə dolu bir ürəyəm", bəstəkarı Elza İbrahimova".