9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq

9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq
16:30

Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.

News365.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, gələcəkdə 9-cu sinif bazasından qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması planlaşdırılır. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və onlarla birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şöbə müdiri bildirib ki, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları da nəzərdən keçirilib. Kolleclərlə peşə təhsili müəssisələrində təkrarlanan ixtisasların aradan qaldırılması istiqamətində addımlar atılıb. Bu sahədə dəyişikliklərin 2027–2030-cu illərdə edilməsi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada