Noyabrın 20-də polis ölkə ərazisində həmin gün qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin üstünü açıb.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Axtarışda olan 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışa verilmiş 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə bağlı 15 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.