Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsində yolun bir hissəsində çökmə baş verib.
News365.az xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub.
Təhlükəsizlik tədbirləri görülüb və problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyli küçəsinin müxtəlif hissələrində daha əvvəl də çökmə halları qeydə alınıb. Bir neçə gün əvvəl küçənin başqa bir hissəsində yaranan çökmə aradan qaldırılıb. Bir neçə ay öncə isə eyni küçənin digər hissəsində də oxşar hadisə baş verib və yol təmir olunub. Beləliklə, küçədə növbəti, üçüncü çökmə qeydə alınıb.