Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
14:30
Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

News365.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı M. Zöhrabzadə saxlanılıb. Onun üzərindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.


    Sizin reklam burada
    Sizin reklam burada