Məşhur binada qanunsuz tikinti aşkarlandı - FOTO

Məşhur binada qanunsuz tikinti aşkarlandı - FOTO
13:30

Paytaxtın Nİzami və Səməd VUrğun küçələrinin kəsişməsindəki “Buzovnaneft” yaşayış binasının damında qanunsuz tikili aşkarlanıb.

News365.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, məsələdə Mədəniyyət Nazirliyi birbaşa məsuliyyət daşıyır: Məişət texnikası

“Maraqlıdır, görəsən, memarlıq abidəsi olan «Buzovnaneft» yaşayış binasının damında bu daxmanı Mədəniyyət Nazirliyinin icazəsi ilə tikiblər, yoxsa nazirlik onun mövcudluğundan yalnız tikinti başa çatandan sonra xəbər tutub?

Hərçənd nə fərqi var ki? Əsas odur ki, binanın tarixi görkəmi qorunub saxlanılıb. Sadəcə, indi onun damında daha bir «tarixi görkəm» peyda olub. Özü də Xəzər dənizinə fərdi mənzərəsi ilə.

Biabırçılıq!”




Sizin reklam burada
Sizin reklam burada