İran Prezidenti Məsud Pezeşkian ölkədə vəziyyətin çətin olduğunu, lakin bu çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu bildirib.
News365.az xəbər verir ki, İran Prezidenti açıqlamasında belə deyib:
“Biz yalan vədlər verməyi, vəziyyətimizin çox yaxşı olduğunu söyləməyi bacarmırıq. Açığı, vəziyyətimiz o qədər də yaxşı deyil. Bu, vəziyyətin öhdəsindən gələ bilməyəcəyimiz anlamına gəlmir”.