İran rəhbərliyi getdikcə daha çətin vəziyyətə düşür və bu Tehranın razılaşma əldə etmək üçün danışıqlar masasına qayıtmasına səbəb ola bilər.
News365.az xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bu fikirləri “Newsmax” telekanalına müsahibəsində səsləndirib.
“Onlar yaralanmış, küncə sıxışdırılmış heyvan kimidirlər. İnanıram ki, bu vəziyyət onları özlərinin də əməl etmək istəyəcəkləri razılaşma əldə etmək üçün danışıqlar masasına gətirəcək”, – ABŞ rəsmisi vurğulayıb.
Nazir onun başına mükafat qoyulmasını ABŞ-nin İranla bağlı siyasətinin uğurunun göstəricisi kimi qiymətləndirib.