Xalq rəssamının oğlu evində ölü tapıldı

Xalq rəssamının oğlu evində ölü tapıldı
12:57

Xalq rəssamı Cahangir Rüstəmovun oğlu Elşad Rüstəmov Bakının Yasamal rayonunda yaşadığı mənzildə ölü tapılıb.

News365.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Elşad Rüstəmovun meyiti noyabrın 19-da saat 12 radələrində İnşaatçılar prospektində yerləşən mənzilində aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada