News365.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sosial media hesabında məlumat yayıb.
O bildirib ki, ayrılan vəsait Avropa Komissiyasının indiyədək hər hansı bir ölkəyə etdiyi ən böyük maliyyə ödənişidir.
Fon der Lyayen qeyd edib ki, Ukrayna həm Avropa İttifaqının müəyyən etdiyi islahatları həyata keçirir, həm də Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsini davam etdirir.
“İslahatlar sahəsində əldə olunan irəliləyiş artıq Kiyevə konkret maliyyə dividendləri və üstünlüklər qazandırır”, – deyə Avropa Komissiyasının prezidenti vurğulayıb.
O, həmçinin Avropa İttifaqının Ukraynanın Avropaya inteqrasiya prosesində irəlilədikcə bu ölkəyə dəstəyini davam etdirəcəyini bildirib.