Dünya əmtəə bazarında qızıl, gümüş və digər metalların qiymətlərində ciddi eniş qeydə alınıb.
News365.az xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 170,10 ABŞ dolları və ya 4,62% geriləyərək 3 515,40 ABŞ dolları təşkil edib.
Gümüşün 2027-ci ilin mart fyuçerslərinin qiyməti 3,32 ABŞ dolları və ya 7,40% ucuzlaşaraq bir troya unsiyası üçün 41,56 ABŞ dollarına enib.
Platinin spot qiyməti 47,82 ABŞ dolları və ya 3,54% azalaraq 1 302,55 ABŞ dolları olub. Misın 2027-ci ilin mart fyuçerslərinin qiyməti isə 2,62% geriləyərək bir funt üçün 557,25 ABŞ sentinə düşüb.
Analitiklərin qiymətləndirmələrinə görə, qiymətli metalların ucuzlaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər, dolların möhkəmlənməsi və istiqrazların gəlirliliyinin yüksəlməsi təsir göstərib.
Bununla yanaşı, fond bazarlarında müşahidə olunan satışlar fonunda investorların itkilərini qarşılamaq məqsədilə qızıl aktivlərini satması da qiymətlərə əlavə təzyiq yaradıb.