Peruda 6.9 maqnitudalı zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Qurumun açıqlamasına əsasən, seysmik hadisənin episentri əhalisi 370 mindən çox olan Uankayo şəhərindən 111 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 118 kilometr dərinlikdə aşkar edilib.
İtki və dağıntı barədə məlumat verilməyib.