Sudan ordusu Qərbi Darfurun El Genina şəhərində Birləşmiş Sürətli Qüvvələr (RSF) adlı üsyançı milis qrupuna qarşı hava əməliyyatlarını genişləndirib.
News365.az xəbər verir ki, hücumlar RSF mövqelərinin sıradan çıxarılmasına yönəlib.
Bildirilib ki, əməliyyatlar bölgədəki gərginliyi daha da artırıb.
Hazırda mülki əhali arasında itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.