“Toylarımızdan "Vağzalı" yoxa çıxır – bu, narahatedici haldır”+ Deputatdan SOS

“Toylarımızdan "Vağzalı" yoxa çıxır – bu, narahatedici haldır”+ Deputatdan SOS
14:43

“Gənclər ənənələrimizdən uzaqlaşır, bu, narahatedici haldır”.

Bunu toylarda “Vağzalı”nın səslənməməsindən narahat olan Millət vəkili Ceyhun Məmmədov News365.az-a danışarkən deyib. O, bildirib ki, bu gün cəmiyyətdə mənəvi aşınma prosesi müşahidə olunur.

Deputatın sözlərinə görə, bu tendensiya təkcə dünyada deyil, Azərbaycanda da özünü açıq şəkildə göstərməkdədir:

“Bu, ciddi və narahatedici bir problemdir. Gənclər daha çox müasir musiqi sədaları altında ailə qurmaq istəyirlər. Bu, müasirlik kimi təqdim olunur, amma əslində ənənələrimizdən uzaqlaşmaq deməkdir. Biz bu barədə ciddi düşünməliyik.”

Ceyhun Məmmədov vurğulayıb ki, ailə dəyərlərinin qorunması üçün məktəblərdə, universitetlərdə və ailələrdə bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir:
“Ənənələrimizi yaşatmaq və gəncləri bu dəyərlərə yaxınlaşdırmaq üçün hər birimiz bu prosesə öz töhfəmizi verməliyik,” – deyə deputat qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada